17:53 15-Mart-2021 135
Ana səhifə Azərbaycan Filmləri

Toy keçirən şəxslər və restoran inzibatçısı cərimələndi - BAKIDA

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. 

 

Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

 

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım