14:45 05-May-2021 1037
Ana səhifə Xəbərlər

40 minlik qızıl-zinət əşyalarını oğurlayan şəxs tutuldu

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub.

 

Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub. Araşdırma zamanı Taleh Muxtarov paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.

 

Qeyd edək ki, saxlanılan şəxs əldə etdiyi qızl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satıb. 

 

Faktlarla bağlı cinayət işi başlanılıb. 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım