18:16 16-Yanvar-2021 103
Ana səhifə Xəbərlər

402 nəfər koronavirusa yoluxdu, 15 nəfər vəfat etdi – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

  

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 226951 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 214423 nəfər müalicə olunaraq sağalıb, 2998 nəfər vəfat edib, aktiv xəstə sayı 9530 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8574, hazırkı dövrədək isə 2 311 417 test aparılıb.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım