18:12 09-Sentyabr-2020 1025
Ana səhifə Xəbərlər

Abşeronda qadına qarşı quldurluq edən şəxslər tutuldu

Abşeronda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Novxanı kəndinə getmək məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

 

İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım