12:50 10-Yanvar-2021 536
Ana səhifə Xəbərlər

Ağstafada qayın yeznəsini odlu silahla qətlə yetirib

Yanvarın 9-da Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

APA TV xəbər verir ki, hadisə saat 16:00 radələrində qeydə alınıb. Bakı şəhər sakini 29 yaşlı Ramil Mustafayev Ağstafanın Sadıxlı kənd sakini həm yaşıdı Taleh Süleymanovu odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirib. Mərhumun yaxınları bildirir ki, hadisəni törədən Ramil Mustafayevin bacısı 25 yaşlı İlahə Məmmədzadə mərhumla üç ildir münasibətdə olub. Lakin İlahənin ailəsi bu münasibətə qarşı olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım