ATƏT: Azərbaycan və Ermənistan arasında şiddətin artmasından narahatıq
"Ermənistan və Azərbaycan arasında şiddətin artmasından və mülki itki xəbərlərindən narahatıq".
APA TV-nin xəbərinə görə, bu barədə ATƏT-ə sədrlik edən Albaniyanın təşkilatdakı Nümayəndəliyinin "Twitter" səhifəsində qeyd olunub.
"ATƏT-in fəaliyyətdə olan sədri insan itkiləri daha da artmadan bütün tərəfləri atəşi dərhal dayandırmağa çağırır. Hərbi həll yolu yoxdur, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqlar bərpa olunmalıdır", - deyə məlumatda bildirilir.