23:55 17-Oktyabr-2020 125
Ana səhifə Xəbərlər

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedib

 

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedib.

Diplomatları səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi -  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

 

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncədə Ermənistan ordusunun ötən gecə raket atəşəşinə tutduğu əraziyə gediblər.

Hikmət Hacıyev qeyd edib ki, bir həftə öncə də Ermənistan silahlı qüvvələri Azərbaycan ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum həyata keçirib.

Daha sonra diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinq keçirilib. Brifinqdə çıxış edən baş prokuror Kamran Əliyev bütün bu göstərişlər - Gəncənin bombalanması və digər dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirildiyini deyib. Baş Prokuror erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıldığını bildirib.

Keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev səfərin əsas məqsədinin Ermənistanın Azərbaycan xalqına, Gəncə sakinlərinə qarşı törətdiyi  hərbi cinayətlər barəsində yerində tanış olmaq, bu faktları əyani şəkildə görməkdən ibarət olduğunu deyib.

Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Gəncəyə səfər diplomatlara dağıntının nəticəsini, Ermənistanın qəddarlığının dərəcəsini öz gözləri ilə görməyə imkan verdiyini qeyd edib.

Diplomatik korpus nümayəndələrinin Gəncəyə səfəri zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  Türkiyənin bütün imkanları ilə bu haqq mücadiləsində sonuna qədər Azərbaycanın yanında olacağını bildirib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım