16:47 16-Yanvar-2021 95
Ana səhifə Xəbərlər

“Azərlotereya”nın idarəetməsi Türkiyə şirkətinə verilir – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

 

Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin edəcək.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım