13:42 01-Avqust-2020 580
Ana səhifə Xəbərlər

Bakı küçələri növbəti dəfə dezinfeksiya olundu

Bu gün səhər Bakı şəhərinin küçələri növbəti dəfə dezinfeksiya olunub.

 

APA TV-nin məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 9-cu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

 

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinə əvvəlcədən KİV vasitəsilə xəbərdarlıq edilib.

 

Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edib.

 

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

 

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

 

Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşları koronavirus pandemiyasından qorumaqdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım