03:21 26-İyul-2020 386
Ana səhifə Xəbərlər

Bakıda işıqforun tələbini pozan sürücü qəza törədib

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Füzuli və S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Elnur Nəsirlinin idarə etdiyi "Toyota" markalı minik avtomobili Füzuli küçəsində hərəkətdə olan zaman S.Vurğun küçəsi ilə hərəkət edən "Changan" markalı nəqliyyat vasitəsi ilə toqquşub. "Toyota"nın sürücüsünün verdiyi məlumata  görə, "Changan"ı idarə edən xanım sürücü işıqforun qırmızı işığından keçib və "Toyota"ya çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım