03:47 25-Fevral-2021 65
Ana səhifə Xəbərlər

Bakıda qəssabların etdiyi hərəkət hər kəsi hiddətləndirdi

Geridə qalan qarlı, şaxtalı gecədə Bakıda qəssabların yol verdiyi nöqsan əksəriyyətin mənfi reaksiyasına səbəb olub.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın "Həzi Aslanov" metrosu yaxınlığında və Yeni Yasamaldakı qəssab dükanlarından gedir. Belə ki, həmin dükanlarda çalışan qəssablar çovğunlu, şaxtalı gecədə aldıqları iribuynuzlu heyvanların boynuna ip bağlayaraq çöldə saxlayıblar. Nəticədə isə boğazında kəndir olduğu üçün tərpənə bilməyən həmin heyvanlar şaxtalı gecənin əsiri olublar.

 

Qeyd edək ki, bu barədə sosial şəbəkədə paylaşılan bu görüntülər izləyicilərin böyük narazılığına səbəb olub.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım