19:03 27-İyul-2020 1290
Ana səhifə Xəbərlər

Bakıya yeni su kəməri çəkiləcək – YENİ SU ANBARLARI YARADILIR

Azərbaycanda yeni su anbarları yaradılacaq.

 

APA TV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

 

Sənədə əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay su anbarları yaradılacaq.

 

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.

 

Bundan başqa, III Şollar su kəmərinin yaradılması da planlaşdırılıb. Ölkə başçısının təsdiq etdiyi sənədə əsasən, “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım