19:03 23-Oktyabr-2020 1937
Ana səhifə Xəbərlər

Bəzi rayonlara giriş-çıxış dayandırılır – KORONAVİRUSA GÖRƏ

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

APA TV xəbər verir ki, son həftələrdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma halları qeydə alındığından karantin qaydaları yenidən sərtləşdirilir. 

 

Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub.

 

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə  operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır. 

 

Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır: 

 

- 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək

 

- 31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək

 

Operativ Qərargah vətəndaşları COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırır.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım