05:13 17-Sentyabr-2020 215
Ana səhifə Xəbərlər

BNA: Sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar doğru deyil

“Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Bunu Bakı Nəqliyyat Agentliyinin  Mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA TV-nin hadisə yerində olan əməkdaşına verdiyi açıqlamada bildirib.

BNA rəsmisi qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb. 

Avtobus depoya yola salınıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım