06:09 29-İyul-2020 1688
Ana səhifə Xəbərlər

Dənizkənarı Milli Parkda velosipedçilərə qarşı reyd keçirildi

Bakıda Kukla Teatrının yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində velosipedçilər saxlanılıb. 

APA TV xəbər verir ki, polis əməkdaşları tərəfindən onlara qoyulmuş nişanın tələbinin pozulması ilə bağlı protokol yazılıb. 

Bundan əlavə qapalı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, həmçinin, beş nəfərdən artıq parkda toplaşan şəxslər məsuliyyətə cəlb edilib. 

Səbail Rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları Dənizkənarı bulvar ərazisindən başqa Fəvvarələr Meydanında da reydi davam etdirib.

Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki, velosipedçilər yalnız Bayraq Meydanının yaxınlığında və Ağ Şəhər Bulvarında velosiped sürə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım