13:27 27-Sentyabr-2020 554
Ana səhifə Xəbərlər

Ermənilər Tərtərdə döyüş bölgəsində olan türkiyəli jurnalistləri atəşə tutdu

Döyüş bölgəsində olan türkiyəli jurnalistlərə silahlı hücum edilib.

APA TV-nin Anadolu Agentliyinə (AA) istinadən məlumatına görə, Agentliyi təmsil edən jurnalistlər və TRT kanalın əməkdaşları Ermənistanın Azərbaycanın mülki şəxslərə silahlı hücum etdiyi Tərtərin Qapanlı kəndində olan əraziyə gediblər. 

Həmin vaxt jurnalistlərin olduğu yerə ermənilər top atəşinə tutublar. 

Top jurnalistlərin 100 metr yaxınlığına düşüb. 

Jurnalistlər hadisə yerindən uzaqlaşıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım