18:03 05-May-2021 1066
Ana səhifə Xəbərlər

FHN Gəncədə zirzəmilərə dolan suyu çəkib - ŞƏRHSİZ

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar FHN-nin “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.

 

Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım