17:55 03-Aprel-2021 202
Ana səhifə Xəbərlər

Gələn həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü". 

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

 

O qeyd edib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi". 

 

Nazir bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallara da aydınlıq gətirib: “Bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur. Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

 

Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizlə bağlı suala cavabında isə nazir bunun növbəti tədris ilindən mümkün ola biləcəyinə inandığını bildirib. “İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq". 

 

Nazirin yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarı olduqloarını qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım