02:04 08-Aprel-2021 161
Ana səhifə Xəbərlər

Gəncə sakinində silah və narkotik aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Quluzadə saxlanılaraq, RPİ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən  məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.60 qram  qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S. Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, parça torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 2 ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım