17:41 25-İyul-2020 2040
Ana səhifə Xəbərlər

Gəncədə kişi arvadını döydükdən sonra özünü öldürdü

Gəncədə intihar hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Gəncə sakini, 1936-cı il təvəllüdlü İbrahim Niftəliyev həyat yoldaşı - 1944-cü il təvəllüdlü Fatimə Bağırovanı döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb. O, hadisə yerində dünyasını dəyişib. Qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Qonşuların sözlərinə görə, Niftəliyevlər ailəsində uzun müddətdir ki, ailədaxili münaqişələr baş verirmiş.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım