15:26 11-Fevral-2021 151
Ana səhifə Xəbərlər

Gizlin şəkildə nişan mərasimi keçirmək istədilər polis cərimələdi - SALYANDA

Salyan nişan mərasimi keçirənlər cərimələnib.

 

DİN mətbuat xidmətindən APA TV-yəö verilən xəbərə görə, rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

 

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım