16:49 29-Noyabr-2020 695
Ana səhifə Xəbərlər

Hacıqabulda yaşayış yerini tərk edən “COVID-19” xəstəsi təhlükəsizlik kamerasına düşüb

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsinə testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, 2001-ci il təvəllüdlü  Qasımova Məleykə Hasanbek qızının yaşayış yerini özbaşına tərk etməsi, aptek və bazara getməsi barədə məlumat daxil olub. Polis tərəfindən əldə olunan kamera görüntülərindən görünür ki, Məleykə Qasımova virus daşıyıcısı olduğunu bilə-bilə  aptekdə sosial məsafə gözləmədən digər insanlarla təmasda olub. Adı çəkilən şəxs özündə məsuliyyət hiss etməyərək epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını  pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub.

 

Hacıqabul  rayon Polis Şöbəsinin əməkdaşları ilə Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası yaşadığı ünvanı tərk edən həmin şəxslə tibbi prosedurlar gözlənilməklə əlaqə saxlayıb və onunla profilaktik söhbətlər aparılıb. Vətəndaşın qanun qarşısında məsuliyyət daşıdığı ona izah olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım