15:05 27-Sentyabr-2020 149
Ana səhifə Xəbərlər

Hulusi Akar: “Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Azərbaycanın yanındayıq”

"Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir".

 

APA TV-nin Anadolu agentliyinə istinadən məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

 

O bildirib ki, Ermənistan bölgəni təhlükəyə atan təcavüzkar mövqeyindən dərhal əl çəkməlidir.

 

“Ermənistanın xain hücumlarını qınayırıq. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq”- deyə Hulusi Akar bildirib.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım