11:50 27-Sentyabr-2020 162
Ana səhifə Xəbərlər

İbrahim Kalın: “Türkiyə Ermənistanın hücumlarının qarşısında Azərbaycanın yanındadır”

“Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “Twitter” səhifəsində yaydığı açıqlamada deyib.

 

İbrahim Kalın qeyd edib ki, beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır.

 

“Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”- deyə İbrahim Kalın bildirib. 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım