14:22 05-May-2021 997
Ana səhifə Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə quduzluğa qarşı peyvəndləmə aparılır

İşğaldan azad olunmuş ərazilərdə xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı müasir üsullarla peyvəndləmə tədbirləri həyata keçirilir.

APA TV xəbər verir ki, peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi əməkdaşları işğaldan azad edilmiş Xocavənd rayonunun ərazisində meşə və meşəətrafı sahələrə, vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə, sahibsiz itlərin çox olduğu ərazilərə ümumilikdə 400 doza aldadıcı yem atıblar. 

Peyvəndləmə tədbirlərində iştirak edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq. Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım