18:14 16-Yanvar-2021 91
Ana səhifə Xəbərlər

Keçmiş məhkumdan 36 kq-dan artıq narkotik götürülüb - YARDIMLIDA

 

Azərbaycanda keçmiş məhkumdan 36 kq-dan artıq narkotik götürülüb.

APA TV-nin cənub bürosunun xəbərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonu ərazisində keçirdiyi əməliyyat tədbiri nəticəsində 36 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Davam etdirilən tədbirlərlə ondan 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım