18:01 05-May-2021 1064
Ana səhifə Xəbərlər

Koronavirusdan ölənlərin sayı azaldı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20275 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə ümumilikdə 3 289 864 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım