13:13 05-May-2021 983
Ana səhifə Xəbərlər

Marketdə məhsulları yararsız hala salan şəxs generalın oğludur

Marketdə məhsulları yararsız hala salanlar saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə bildirilib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub.

 

Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

 

Qeyd edək ki, Rüstəm Orucov bir neçə il əvvəl məhkum olunub. O, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general Novruzəli Orucovun oğludur.

 

Xatırladaq ki, R. Orucov 2017-ci il iyulun 3-də avtobus sürücüsünə qarşı xuliqanlıq etdiyi üçün həbs olunub. Binəqədi rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Məhz həmin vaxtı general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım