16:55 28-Aprel-2021 279
Ana səhifə Xəbərlər

Mingəçevirdə yas mərasimi keçirildiyi aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-nin Mingəçevir bürosuna verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını alıblar.

Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım