14:04 16-Sentyabr-2020 294
Ana səhifə Xəbərlər

Oğuzda narkotik yetişdirən şəxs yaxalandı

Oğuzda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb.

 

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1 kiloqram 600 qram çəkidə qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağın ərazisində ümumi çəkisi 6 kq 400 qr Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım