20:48 05-May-2021 1127
Ana səhifə Xəbərlər

Qadın və məişət zorakılığına qarşı yeni kurs təşkil olunub

Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair Hüquqşünasların İnsan hüquqları üzrə tədrisinə dair proqram (HELP) kursunun 30 hakim, prokuror və vəkildən ibarət qrup üçün təqdimatı keçirilib.

APA TV xəbər verir ki, kurs may ayından iyul ayınadək davam edəcək. Təqdimat mərasimi Ədliyyə Akademiyasının əməkdaşlığı ilə təşkil olunub.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Səfir Zoltan Hernyes, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas və Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov giriş nitqi ilə iştirakçıları salamladıqdan sonra Avropa Şurasının nümayəndələri, eləcə də beynəlxalq və yerli ekspertlər HELP proqramına, Qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair HELP kursuna, Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyasını (İstanbul Konvensiyası) vurğulayaraq bu sahədə əsas Avropa standartlarına və müvafiq qanunvericiliyə dair təqdimatlar etdilər.

Bu kurs Avropa Şurasının İstanbul Konvensiyasına xüsusi diqqət yetirərək qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və ondan müdafiə sahəsində  əsas anlayışları, beynəlxalq və Avropa hüquq çərçivələrini və müvafiq Avropa məhkəmə presedent hüququnu əhatə edir. Kurs qadınlara qarşı zorakılıq və məişət zorakılığı işlərində məhkəmələrin cavab tədbirlərinin keyfiyyətini və zorakılıq törədən şəxslərin cinayət təqibi aparılarkən qurbanların ədalət mühakiməsinə çıxışının dəstəklənməsinin təkmilləşdirilməsi üçün dolğun kurikulum təqdim edir. Kursu uğurla bitirən iştirakçılara Ədliyyə Akademiyasının və Avropa Şurasının HELP Proqramının birgə sertifikatı təqdim olunacaq.

Kursun Azərbaycan dilində adaptasiyasının hazırlanması və tədrisi Avropa İttifaqı və Avropa Şurasının Şərq Tərəfdaşlığı ölkələrində Yaxşı Idarəçilik üçün Tərəfdaşlıq II (PGGII) Proqramının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi  standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilir, Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra edilir.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım