03:50 15-Aprel-2020 309
Ana səhifə Xəbərlər

Qaradağ rayonunda qurulan postda 3 saat ərzində 20 nəfər cərimələnib

Nazirlər kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejiminin tələbinə əsasən şəxsi avtomobillərdən istifadəyə də qadağalar qoyulub. Prosesə isə xüsusi nəzarət həyata keçirilir.

APA TV xəbər verir ki, bu məqsədlə  Qaradağ rayonu Lökbatan qəsəbəsində qurulan postlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Operativ Qərargahın qərarına əsasən şəhər istiqamətində hərəkət etməsinə icazə verilən nəqliyyat vasitələri, eləcə də insanların buraxılmasına icazə verilir. Digər şəxslər və nəqliyyat vasitələri isə cərimə edilib. Cərimə edilən şəxslər isə müxtəlif bəhanələr gətirib.Elə şəxslər var ki, onlar qaydalardan xəbəri olmadığını bildirir.

Postda yaranan sıxlığıa səbəb isə sürücü və ya sərnişinlərin sənədlərinin olmaması və ya  polislə mübahisə etməsi olub. Bu isə sms vasitəsilə icazə alaraq çölə çıxan şəxslərin işini çətinləşdirirb.

Qaradağ Rayon Dövlət Yol Polis Şöbəsinin inspektoru Samir Kazımov 3 saat ərzində 20 nəfərin cərimə olunbduğunu bildirib.

 

Qərargahın müəyyənləşdirdiyi iş sahələrində çalışan insanlar  vəsiqələrini göstərməklə, postlardan asanlıqla keçə bilir. Postlardan avtobus və taksilərin keçməsinə hər hansı maneə

olmasa da, karantin rejimin qaydalarına riayət edilməsi tələb edilir. Polis qaydalara riayət etməyənlərə qarşı inzibati tədbirlərin də görüləcəyini istisna etmir. Qeyd edək ki, qaydaları pozan fiziki şəxslər inzibati xətalar məcəlləsinə görə 100 manat məbləğində cərimə edilir.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım