01:39 02-May-2020 365
Ana səhifə Xəbərlər

Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub

Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və müavini Dmitri Volkov koronavirusa yoluxub.

APA TV xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım