04:30 20-Sentyabr-2020 2692
Ana səhifə Xəbərlər

Sabunçuda ağır qəza: YARALILAR VAR

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA TV xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

"Mitsubishi" markalı avtomobillə hərəkətdə olan  sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə olan sürücü və üç sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Avtomobildə olan üç nəfər çıxarılaraq təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində sürücü 35 yaşlı Məmmədov Elçin İmaməli oğlu və onun həyat yoldaşı, Məmmədova Vəfa Əfsər qızı, eləcə də Behbudova Jalə Mahir qızı və 26 yaşlı Mütəllimov Əqdət Miqtət oğlu ağır bədən xəsarətləri alaraq 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım