15:22 06-Fevral-2021 250
Ana səhifə Xəbərlər

Şamaxı polisi əməliyyat keçirdi – ŞİRKƏTDƏN OĞURLUQ EDƏN ŞƏXS YAXALANDI

Şamaxıda şirkətdən 7200 manatlıq material oğurlayan Ağsu sakini saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinə Muğanlı kəndi ərazisində fəaliyyət göstərən "Dost Group" MMC şirkətinə məxsus anbardan, yolun işıqlandırılması üçün istifadə olunan, ümumi dəyəri 5800 manat olan 40 ədəd plafonun və 1400 manat dəyərində elektrik kabelinin oğurlanması barədə müraciət daxil olub.
 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin Ağsu rayonu Padar kənd sakini Xəyal İsgəndərov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və oğurladıqları ondan maddi sübut kimi götürülüb.
 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım