20:46 05-May-2021 1008
Ana səhifə Xəbərlər

Şəmkirdə yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayonun Dəllər qəsəbəsi ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

APA TV-nin məlumatına görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər də daxil olmaqla bir neçə şəxs barəsində protokol tərtib edilərək cərimə olunublar.

Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbardarlıq edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım