05:22 26-İyul-2020 4799
Ana səhifə Xəbərlər

Xırdalanda kütləvi dava: 2 nəfər öldürüldü

Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA TV xəbər verir ki,  hadisə şəhərin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Bir neçə şəxs arasında baş verən kütləvi dava zamanı 1992-ci il təvəllüdlü Tural Quliyev, 1992-ci il təvəllüdlü Həsənəliyev İlqar Yaşar oğlu, Məmməd Məmmədov, qardaşı Xəlil Məmmədov  və Həsən adlı daha bir şəxs bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan M.Məmmədov və Həsən adlı şəxs hadisə yerində keçinib.

Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.

Hadisənin təfərrüatları Abşeron prokurorluğu tərəfindən araşdırılır.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın

Canlı yayım